Aygünlə küsülü olsa da, ifasına biganə qalmadı


Şou-biznes 23 İyn 2019 11:51:00 314 0

Aygünlə küsülü olsa da, ifasına biganə qalmadı

Ötən gün "Pre-party"yə qatılanlar arasında illərdir küsülü olan Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova da olub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, Kazımova gecəyə qızı İlqarə ilə qatılıb. Onlar partiyə daxil olarkən Dadaşova səhnədə mahnılarını səsləndirib.

Gecənin irəliləyən dəqiqələrində isə Aygün Kazımova səhnəyə çıxıb. Küsülü olduğu Brilliant onun ifasına biganə qalmayıb və rəfiqələri ilə rəqs etməyə başlayıb.