İran ABŞı beynəlxalq məhkəməyə verəcək


Dünya 23 İyn 2019 11:58:00 197 0

İran ABŞı beynəlxalq məhkəməyə verəcək

ABŞ-ın pilotsuz təyyarəsinin İranın hava məkanına qanunsuz daxil olması beynəlxalq qanunların pozulmasıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İranın vitse-prezidenti Leya Cənidi deyib.

O bildirib ki, insidentlə əlaqədar İran beynəlxalq məhkəməyə müraciət edəcək. Hələlik faktlar və sübutlar toplanır. Sonra İran bu faktları beynəlxalq məhkəməyə təqdim edərək hava sərhədinin ABŞ tərəfindən pozulmasına hüquqi qiymətin verilməsini tələb edəcək.

Xatırladaq ki, iyunun 13-də ABŞ-ın pilotsuz təyyarəsi İranın hava məkanına qanunsuz daxil olub. İranın Hərbi Hava Qüvvələri isə təyyarəni vurub.