Deputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanır


Digərləri 23 İyn 2019 11:12:04 203 0

Deputat: Bu sərəncamlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanır

Prezident İlham Əliyev tərəfindən təsdiq olunan növbəti sosial paket dövlət başçısının daim Azərbaycan vətəndaşlarının qayğısını çəkdiyini göstərir

Bakı. Elçin Mehdiyev – Prezident İlham Əliyev tərəfindən təsdiq olunan növbəti sosial paket onu göstərir ki, dövlət başçısı daim Azərbaycan vətəndaşlarının qayğısını çəkir və çalışır ki, onların sosial rifah halı durmadan yaxşılaşsın. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib. C.Osmanov xatırladıb ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzaladı. Deputat qeyd edib ki, bu sərəncamlar bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili, onun rifahı dayanır. C.Osmanovun sözlərinə görə, son sərəncamlar özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda çalışan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq: "Biz bilirdik ki, elə bu ilin əvvəlində müxtəlif dövlət orqanlarında çalışan işçilərin əməkhaqları artırılmışdı və minimum əməkhaqqı da 130 manatdan 180 manata çatdırılmışdı. Həmin tarixin üzərindən altı ay keçmədən belə cənab Prezident tərəfindən növbəti sərəncamlar imzalandı. Bu onu göstərir ki, dövlət başçısı cənab İlham Əliyev hər zaman Azərbaycan vətəndaşının qayğısı ilə yaşayır və çalışır ki, onların sosial rifah halı durmadan yaxşılaşsın. Bu ölkə iqtisadiyyatının və ölkəmizin qüdrətlənməsindən xəbər verir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin