Meksika sahilləri yaxınlığında güclü zəlzələ


Dünya 23 İyn 2019 10:54:00 217 0

Meksika sahilləri yaxınlığında güclü zəlzələ

Meksikanın qərb sahillərinin yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji ximdəti xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri, Puerto-Madero yaşayış məntəqəsindən 53 kilometr cənub-qərbdə, ocağı isə 38 kilometr dərinlikdə yerləşib.

Dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.