Bakıda yataqxanada yanğın olub


Digərləri 23 İyn 2019 09:54:00 214 0

Bakıda yataqxanada yanğın olub

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Son.az-a verilən məlumata görə, şəhərin Sabunçu rayonunda dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.