Arıqlamaq istəyirsinizsə, bu səhvləri etməyin


Digərləri 22 İyn 2019 23:45:00 259 0

Arıqlamaq istəyirsinizsə, bu səhvləri etməyin

Arıqlamaq üçün bütün günü idman zalından çıxmırsınızsa, heç cürə arıqlaya bilmirsinizisə, deməli haradasa səhv edirsiniz.

Son.az gencaile.az-a istinadən bildirir ki, idmanda yol verilən bəzi səhvlər sizi istədiyiniz çəkiyə düşməyinizə mane olur. Bu qaydalar sizə arzuladığınız çəkiyə və bədən quruluşuna tez zamanda qovuşmağa kömək edəcək.

İlk növbədə unutmayın ki, nə qədər çox idman etmək deyil, hansı məşqləri və necə yerinə yetirdiyiniz daha önəmlidir.

Dünya birdən-birə yaranmayıb!

İdmana ilk başladığınız dəqiqələrdən həddindən artıq ağırlıq qaldırmaq olmaz. Daha ilk başladığınız dəqiqədən özünüzü yormamalısınız. İdmana yavaş-yavaş qızışaraq başlayın. Məşqlərə bu şəkildə başlamaq sizi yalnız idmandan soyudar!

Problemli bölgənizə fokuslanmayın!

Qadınlar hər zaman bədənlərində bəyənmədikləri bölgədən şikayət edirlər. Onu aradan qaldırmaq üçün dəridən-qabıqdan çıxırlar. Digər nahiyələri isə nəzərə almırlar. Etdikləri səhv isə idman edərkən həmin bölgələrə fokuslanmalarıdır. Yüz dəfə jim etsəniz belə, qarın yağlarınız dərhal əriməz. Bədəninizin bir bölgəsinə fokuslanmaq yerinə, etdiyiniz idmanın bütün bədəninizdə təsirli olmasını təmin edin.

Həkim nəzarətindən çıxmayın!

İdman sizi formaya salır, sağlamlığınızın qeydinə qalır. Amma idmanla birlikdə yeni rejim üçün həkim nəzarətində olmaq lazımdır. Bir çox insan bu addımı atmamaqla səhv edir. İdman etmədən əvvəl bədəninizin hansı növ idmana dayanıqlı olduğunu öyrənmək lazımdır.

Fikirlərdən xilas olun!

İdmanla bağlı başqa səhv də fikirli olmaqdır. Daha çox idman yaxşıdırmı? İdmanı bitirdikdən dərhal sonra ideal çəkiyə nail olmaq haqqında düşünmək gülüncdür. Və idmanı ancaq arıqlamaq üçün məcburi şəkildə etmək olmaz. Psixoloqlar bildirirlər ki, həvəsiz edilən məşqlər çox gec nəticə verir. Bu səbəblə bədəninizi və psixologiyanızı bu qədər yormanın mənası yoxdur.