Uşaqlarda qurd olduğunu necə müəyyən etmək olar?


Digərləri 22 İyn 2019 23:50:00 211 0

Uşaqlarda qurd olduğunu necə müəyyən etmək olar?

"Bəzi "insanlar" daha çox pul qazanmaq üçün qan analizi verdirərək pasiyentləri qurd mövcudluğuna dair iddialarla qorxutmağa və aldatmağa davam edirlər".

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb.

Həkim bununla bağlı valideynlərə müraciərt edib:

Neçənci dəfədir ki, bu mövzuda məqalələrimdə qeyd edirəm, lakin görürəm ki, xeyri yoxdur. Hörmətli valideynlər, əziz həmvətənlərim, yadda saxlayın, sizin, yaxud övladınızın bədənində qurd olduğunu yalnız növbəti şərtlərdə demək olar:

1. Siz özünüz həmin qurdları uşağın nəcisində, yatağında və s. görmüsünüz.

2. Nəcisi müayinəyə vermisiniz və həkim-laborant mikroskop altında qurdun özünü yaxud yumurtalarını aşkar edib.