Azərbaycan rusiyalı turistlər üçün alternativ istiqamət olacaq


Dünya 22 İyn 2019 23:39:00 233 0

Azərbaycan rusiyalı turistlər üçün alternativ istiqamət olacaq

Rusyadan Gürcüstana turist axını qonşu ölkədəki son hadisələrin fonunda 60-70% azalacaq.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Rosturizm (RF İqtisadi İnkişaf Nazirliyi yanında Turizm üzrə Federal Agentliyi) bəyan edib. Qurum hesab edir ki, bu yay istirahət üçün Gürcüstanı seçən rusiyalı turistlər üçün əsas alternativ istiqamətlərdən biri, böyük ehtimalla, Azərbaycan olacaq.

Agentliyin başçısı Zarina Doquzovanın sözlərinə görə, aviasiya vasitəsilə səyahət edən turistlərin payı ümumi axının 70-75%-ni təşkil edirdi. Bu səbəbdən avtobus turlarının satışı da arta bilər, amma bu kəmiyyət cüzi olacaq.

"Bu yay əsas alternativ istiqamətlər, güman ki, Krasnodar vilayəti və Krım, Qafqazda isə - Azərbaycan və Ermənistan olacaq", - Doquzova əlavə edib.

Hal-hazırda əvvəlcədən bron edilmiş turların başqa istiqamətlərə dəyişdirilməsi halı qeydə alınmayıb. Ləğv edilən turların sayı da həddən artıq azdır.

Ölkəni tərk etmək istəyənlər üçün agentlik bu imkanları növbədənkənar yaradacaq. Doquzova qeyd edib ki, müstəqil tusitlər ölkəni tərk etmək və ya qalmaq barədə qərarı özləri verirlər.