BŞBPİ "Megafun"da baş verən hadisə ilə bağlı açıqlama verdi:


Digərləri 22 İyn 2019 23:21:00 256 0

BŞBPİ "Megafun"da baş verən hadisə ilə bağlı açıqlama verdi:

Bakıda "Megafun" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Son.az bildirir ki, bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 nəfər azyaşlı və 4 nəfər böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb.

Xəsarət alanlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb.