Azərbaycanda ŞOK: İt 81 yaşlı qadının qulağını qoparıb


Digərləri 22 İyn 2019 23:24:00 231 0

Azərbaycanda ŞOK: İt 81 yaşlı qadının qulağını qoparıb

Zaqatalada 81 yaşlı qadının qulağını it qoparıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu gün səhər saatlarında rayonun Əliabad qəsəbə sakini Pirdas İslam qızı İsrafilova heyvanları yemləyərkən ailəsinə məxsus itin hücumuna məruz qalıb.

İt qadının sol qulağını dişləyərək qoparıb. Qadın Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pirdas İsrafilovaya lazımı tibbi yardım göstərilib, qopmuş qulaq yeri cərrahi yolla tikilib.

Xəstəxanadan bildirilib ki, ötən gün saat 20:30 radələrində rayonun Yuxarıçardaxlar kənd sakini, 2012-ci il təvəllüdlü Məryəm Vüqar qızı Xəlilova da it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Məryəm Xəlilovaya lazımı yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra amblator müalicə almaq şərti ilə evə buraxılıb.