“Bismillahirrəhmanirrəhim” və 19 hərf


Digərləri 22 İyn 2019 23:25:00 346 0

“Bismillahirrəhmanirrəhim” və 19 hərf

"Bismillahir-rəhmanir-rəhim" ifadəsinin 19 hərf olmasının bir fəlsəfəsi varmı? Təfsir kitablarında iki rəvayət vardır ki, suala uyğun açıqlanmışdır. Bunu nəzərə alaraq, əvvəlcə həmin iki rəvayəti və onların mənbələrini qeyd etmək, daha sonra onların möhtəvasının və sənədinin təhlilini aparmaq lazımdır.

Rəvayətləri bəyan etməzdən öndə bilməyimiz lazımdır ki, Qurani-Kərimdə bir ayənin açıqlamasına görə, Cəhənnəmdə on doqquz nəfər nəzarətçilik vəzifəsini daşıyırlar: "Onun üzərində on doqquz (gözətçi) vardır." (Muddəssir, 30). Bu rəvayətlər də bir növ Quranın həmin ayəsini nəzərdə tutmuşdur.

Birinci rəvayət: Son.az muselman.az-a istinadən bildirir ki, Qurtubi Əhli-Sünnənin h.q. yeddinci əsr müfəssirlərindəndir. O, belə bir məzmunda rəvayət nəql etmişdir: Abdullah ibn Məsud deyib: "Kim Allahın onu on doqquz zəbanidən (qoruqçu, nəzarətçi, əzab verən) xilas etməsini istəyirsə "Bismillahir-rəhmanir-rəhim" oxusun ki, (bununla) Allah-taala (bu ifadənin) hər bir hərfi qarşılığında (həmin on doqquz nəfərin) hər birindən bir sipər qərar verər". (Məhəmməd ibn Əhməd Qurtubi, "Əl-Came li-Əhkamil-Quran", c.1, s.92)

Bu hədisi nəql edənlərdən və mütərcimlərdən olan h.q. altıncı əsr müfəssirlərindən olan Meybudi belə qeyd etmişdir: "Deyiblər, Cəhənnəm zəbaniləri on doqquzdur - necə ki Aləmlərin Rəbbi deyib: "Onun üzərində on doqquz (zəbani) vardır" və bu, on doqquz hərfin təsmiyət ayətidir. Hər o kəs ki, (bunu) ixlasla oxusa, Aləmlərin Rəbbi onun hər hərfi müqabilində zəbanini ondan saxlayar və ona zəbaninin cəzalandırmağından əmniyyət verər". (Rəşidəddin Meybudi, "Kəşful-Əsrar, c.1, s.9)

H.q Altıncı əsr şiə alimlərindən Təbərsi (Fəzl ibn Həsən Təbərsi, "Məcməul-Bəyan fi Təfsiril-Quran", c.1, s.90), h.q. səkkizinci əsr Əhli-Sünnət alimlərindən olan İbn Kəsir (İbn Kəsir Dəməşqi, "Təfsirul-Quranil-Əzim", c.1, s.34) kimi təfsir alimləri də bu rəvayəti zikr etmişlər.

İkinci rəvayət: Bu zəmində ikinci bir rəvayət də vardır ki, başqa bir nöqtəyə işarə edir. H.q. Altıncı əsr müfəssirlərindən İbn Ətiyyə Əndəlusi ("Əl-Muhərrərul-Vəciz fi Təfsiril-Kitabil-Əziz", c.1, s.156), h.q. doqquzuncu əsr müfəssirlərindən Səalibi (Əbdürrəhman ibn Məhəmməd Səailibi, "Əl-Cəvahirul-Hisan fi Təfsiril-Quran", c.1, s.156) onu nəql etmiş və aşağıdakı kimi şərh vermişlər:

"Bəziləri nəql etmişlər, onlara bir rəvayət çatmışdır ki, Allahın - barələrində "onların üstündə on doqquz (zəbani) vardır" dediyi Cəhənnəm mələklərinin sayı "Bismillahir-Rəhmanir-Rəhim"in hərfləri üzərində sıralanmışdır, hər bir hərf müqabilində bir mələk. Onlar hər bir hərəkətlərində deyərlər: "Bismillahir-Rəhmanir-Rəhim". Onların qüvvəsi elə oradandır. Onlar Allahın adı sayəsində məharətli olublar".

Hər iki rəvayət "Bismillahir-Rəhmanir-Rəhim" ilə Cəhənnəm mələklərinin sayı arasında bir əlaqə olduğunu açıqlayır. Bircə fərq odur ki, birinci rəvayətdə "Bismillah"ın hərflərinin bu mələklər qarşısında bir sipər olduğunu, ikincidə isə mələkləri "Bismillah"a arxayın hesab edir.

İndi bütün bunlarla tanış olduqdan sonra aşağıdakıları gözdən keçirək: