Pambıq sahələri susuz qalıb


Digərləri 22 İyn 2019 23:28:00 260 0

Pambıq sahələri susuz qalıb

Goranboyda pambıq əkən sakinlər sahələri suvara bilmirlər. Onlar deyirlər ki, pambıq əkilən vaxtı bircə dəfə suvarılıb. Həmin ərazidə olan pambıqla bərabər, digər əkin sahələri də susuz qalıb.

Hava isti, suvarma suyuna ehtiyac böyük, amma kəndlilər sahələri suvarmağa su tapa bilmirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sahələrdə əkilən pambıq və digər əkinlər susuz qalıb. Bura Goranboyun Bağçakürd kəndidir. Kənddə sakinlər becərdikləri bitkiləri suvara bilmirlər. Pambıq əkənlər sonuncu dəfə əkin yerinə arat zamanı su gəldiyini deyirlər.

Sakinlər Baxçakürd kəndində yetirəncə artezian quyusunun olduğunu bildirdilər. Amma buna baxamayaraq, vaxtı-vaxtında sahələri suvara bilmirlər.

Problemi ilə bağlı Bağçakürd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən bildirildi ki, kənddə torpaqların suvarılması növbəlilik əsasında aparılır və su növbəyə uyğun sahələrə verir.