Bu ağrılar boyun osteoxondrozunun əlamətidir


Digərləri 22 İyn 2019 22:50:00 321 0

Bu ağrılar boyun osteoxondrozunun əlamətidir

Servikal (boyun) baş ağrısı xroniki baş ağrılarının 15-18%-ni təşkil edir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu fizioterapiya və tibbi bərpa üzrə mütəxəssis Sənan Cəfərov deyib. Onun sözlərinə görə, bu ağrıların yaranma səbəbi boyundakı əzələ və sümük sistemində olan disfunksiya ilə əlaqəlidir. Boyun osteoxondrozu zamanı onurğanın boyun hissəsinə aid olan fəqərələr və onların arasında olan disklər deformasiyalara uğrayır.

Bu ağrılar nə ilə xarakterikdir?

Bu halda tez-tez təkrarlanan baş ağrıları yaranır

Ağrı birtərəfli olur

Boyundan başlayaraq ənsə təpə alına doğru davam edir

Ağrı sıxıcı və ya küt xarakterli olur

Boyun hərəkətiylə baş ağrısı artır