Hamiləlik hansı səbəblərdən pozula bilər?


Digərləri 22 İyn 2019 21:55:00 312 0

Hamiləlik hansı səbəblərdən pozula bilər?

Bir çox hallarda hamiləliyi sona qədər çatdırtmaq mümkün olmur. Hamiləlik vaxtından əvvəl başa çatır. Belə xoşagəlməz halların bir çox səbəblərinin olduğu bildirilir.

Son.az e-tibb.az-a istinadən ginekolog Nigar Abdullayevanın bununla bağlı açıqladığı fikirləri təqdim edir:

Hamiləliyin pozulması dedikdə mama-ginekoloqlar hamiləliyin 37 həftəyədək pozulmasını nəzərdə tuturlar. Əgər bu, 22 həftəyədək baş veribsə, buna "düşük", daha gec olubsa erkən doğuş deyilir. Birinci halda körpənin həyatı uğrunda mübarizə aparmağa dəyməz, ikinci halda isə halda uşağa həyat vermək üçün həkim əlindən gələni edir. Qadında düşük və ya erkən doğuş iki dəfədən artıq baş veribsə, o zaman "adəti düşük" diaqnozu qoyulur.

Bəs hamiləlik hansı səbəblərdən pozulur?

- Hormonal pozuntular - yumurtalıq, plasenta funksiyalarının çatışmazlığı, estrogen və ya progesteron defisitilə nəticələnən böyrəküstü vəz funksiyalarının pozulması və ya kişi cinsi hormonlarının (androgenlərin) artıqlığı;

- Dölün xromosom və gen anomaliyaları, hansı ki, həyat ehtimalını sıfıra endirir (xüsusən də erkən düşüklərdə). Belə hallarda ümid gələcək hamiləliyin uğurlu olacağına qalır. Yəni, genetik kod pozuntusundan heç kim sığortalanmayıb. Yaş artdıqca genetik anomaliyaların yaranma riski artır, ona görə də yaşı 30-dan yuxarı olan qadınlara hamiləlik planlaşdırarkən genetik müayinədən keçmək tövsiyə olunur;

-İstmiko-servikal çatışmazlıq;

- Kəskin infeksion xəstəliklər (qrip, qızılca və s.)

- Cinsiyyət yollarının xroniki infeksiyaları (xlamidioz, mikoplazmoz və s.). Mikroorqanizmlər uşaqlığın selikli qişasının iltihabına səbəb ola, hamiləliyin inkişafını poza bilər;

- Uşaqlığın inkişaf qüsurları;

- Uşaqlıq (miomalar) və yumurtalıqların şişləri;