Barmaqların qıcolması – Hansı ciddi xəstəliklərin


Digərləri 22 İyn 2019 21:06:00 246 0

Barmaqların qıcolması – Hansı ciddi xəstəliklərin

Əl-ayaq barmaqlarının uyuşub, qıcolması insanı gözləmədiyi halda yaxalayan xoşagəlməz haldır. Daha çox yuxuda, gecələr, suda, soyuqda olur. Yəqin ki, bir çox gənclərin dərin çay və dənizdə üzərkən barmaq və ayaqlarının qəfildən qıcolması səbəbindən batması faktlarını eşitmisiz.

Əgər bir insanda ayaq barmaqları həftədə 2-3 dəfə və artıq qıc olarsa, bunu diqqətdən kənarda qoymaq olmaz və artıq alt səbəblər axtarılmalıdır. Son.az medicina.az-a istinadən son zamanlar əhali arasında geniş yayılmış barmaq qıcolmasının səbəbləri və müalicəsini araşdırıb.

Ayaq barmaqlarının qıcolma sindromunu yaradan faktorlar əsasən bunlardır:

-Orqanizmdə sinir sistemi üçün vacib olan maqniy, kalium, kalsium, fol turşusu, D vitamini, dəmir kimi mikroelementlərin defisiti -Bir sıra dərmanların qəbulunun əks təsiri -Zəif qidalanma və uzun müddət acqalma, dietalar -Hamiləlik -Aşırı tərləmə

-Daimi stress, əsəb -Qidada zülalın çoxluğu - ət yemək -İdmançıların əzələ artıran idman qida əlavələri çox qəbul etməsi -Ayaq və barmaqların travması -Onurğa problemi, ostoxondroz -Ayaqlarda damar problemi

-Yastıayaqlılıq -Donma, soyuma -Narahat, sıx ayaqqabı -Ağır çəki -Qan dövranına düşən bəzi infeksiyalar -İşlə bağlı ayaqlara yük, çox ayaq üstə qalmaq, nəmişlik, rütubət

Bu səbəblərdən bir çoxunu özünüz görüb ayırd edirsizsə, deməli, onları aradan qaldırmalısız. Digər sizdən asılı olmayan səbəbləri həkim araşdırıb, dəqiq diaqnozu tapmalı və müalicə təyin etməlidir

Qıcolma zamanı nə etməli?

Ayaqlarda barmaqların sıxılması zamanı yaxşı olar ki, ayaqları soyuq səthə və ya suya qoyub, sonra dərhal uzanıb ayaqları ürək səviyyəsindən yuxarı qaldırmaq lazımdır. Bu zaman qan tez barmaqlara kimi qovulur və spazm, ağrı azalır. Dəhşətli ağrıda barmaqlara iynə ucu batırmaq da qıcolmanı tez kəsir.