Klimaks zamanı qadının çəkisinin dəyişilməsi


Digərləri 22 İyn 2019 21:07:00 206 0

Klimaks zamanı qadının çəkisinin dəyişilməsi

Hər üç qadından birinin orqanizmində menofasilə (menopauza) başladıqdan sonra bədən çəkisinin artması və maddələr mübadiləsinin pozulması baş verir. Buna səbəb yenə də estrogen hormonlardır. Onlar menofasilə dövrünə qədər yağların və karbohidratların mübadiləsinə müsbət şəkildə təsir edərək çəkinin normada saxlanmasına kömək edirdilər.

Menofasilə və menofasilədən sonrakı dövrdə qanda estrogenlərin miqdarı azalır. Bunun da nəticəsində maddələr mübadiləsində müəyyən pozğunluqlar başlayır, çəkinin artması baş verir. Bu zaman karbohidratların mübadiləsi daha çox pozulmuş olur ki, bunun da nəticəsində şəkərli diabet xəstəliyi də inkişaf edə bilər.

Əlbəttə ki, menofasilə dövründə maddələr mübadiləsindəki dəyişikliklər heç də bütün qadınlarda baş vermir. Belə pozğunluqlara menofasilə dövrünə qədər maddələr mübadiləsi pozğunluqları olan qadınlar daha çox meylli olurlar.

Bəzi qadınlarda klimaks və menofasilə dövründə çəki birdən-birə kəskin dərəcədə azala bilər ki, bu da orqanizm üçün çox zərərli hesab olunur. Çəkinin kəskin dərəcədə azalması nəticəsində immun sistemi də xeyli zərər çəkmiş olur. Bu isə digər ən müxtəlif xəstəliklərin inkişaf etməsinə səbəb ola bilər. Bundan savayı, çəkinin kəskin dərəcədə azalması orqanizmdə, həmçinin maddələr mübadiləsinin pozulmasına da gətirib çıxara bilər.