Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır


Digərləri 22 İyn 2019 20:59:00 234 0

Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Naxçıvan Muxtar Respublikasında əhalinin səmərəli məşğulluğu, həyat və məişət şəraitinin yaxşılaşdırılması üzrə keçirilən tədbirlər demoqrafik proseslərə müsbət təsir göstərmiş, əhali artımının dinamikliyi təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2019-cu il 1 may tarixinə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3228 nəfər artaraq 457 min nəfərə yaxın olub.