Bişkekdə MDB Gömrük Xidmətləri Rəhbərləri Şurasının 69cu iclası keçirilib FOTO


Dünya 22 İyn 2019 21:00:00 249 0

Bişkekdə MDB Gömrük Xidmətləri Rəhbərləri Şurasının 69cu iclası keçirilib  FOTO

Bişkekdə Müstəqil Dövlətlər Birliyi Gömrük Xidmətləri Rəhbərləri Şurasının 69-cu və Gömrük İttifaqına üzv ölkələrin Birləşmiş Kollegiyasının 31-ci iclası keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirlərdə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistanın, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

İclaslarda gömrük orqanları sahəsində hüquqi təcrübə, malların vahid tranzit sistemi, elektron deklarasiya, malların yerdəyişməsi, sərhəddən keçən mallara vahid gömrük xidmətinin göstərilməsi və digər məsələlər müzakirə olunub.

Tədbirlərdə iştirakçı dövlətlər arasında azad ticarət zonasının yaradılması, MDB ərazisindən keçən tranzit qaydaları haqqında Sazişin, gömrük qeydiyyatı və nəzarəti qaydaları barədə Sazişin maddələrində dəyişiklik edilməsi ilə bağlı sənədlər təsdiq olunub.


Xəbərə aid fotolar