Akrobatika gimnastlarımız İkinci Avropa Oyunlarında ikinci medalı qazanıb


Digərləri 22 İyn 2019 20:54:00 197 0

Akrobatika gimnastlarımız İkinci Avropa Oyunlarında ikinci medalı qazanıb

İyunun 22-də II Avropa Oyunlarının akrobatika gimnastika yarışında Azərbaycan təmsilçiləri millimizin aktivinə daha bir medal yazdırıblar

Bakı. İyunun 22-də II Avropa Oyunlarının akrobatika gimnastika yarışında Azərbaycan təmsilçiləri millimizin aktivinə daha bir medal yazdırıblar. Trend-in məlumatına görə, “Minsk 2019”da balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında mübarizə aparan Ruhidil Qurbanlı - Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xal toplayaraq ikinci Avropa Oyunlarının bürünc medalına sahib olub. Qızıl medalı Belarus təmsilçiləri – Artur Beliakov və Volna Melnik cütlüyü qazanıb (29,490 xal).