Miqren özözünə sağalır?


Digərləri 22 İyn 2019 20:45:00 239 0

Miqren özözünə sağalır?

"Əvvəllər miqren başağrısı müalicə olunmur deyə düşünürdük. Miqrendən əziyyət çəkən insanların tək təsəllisi 40 yaşdan sonra ağrının öz-özünə azalacağı ümidi idi. Müalicə olaraq, ancaq ağrıkəsici təyin olunurdu, bu isə, ağrını sadəcə, keyləşdirirdi".   

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva bildirib. Mütəxəssis deyib ki, bu gün miqrenin müalicəsi var və müalicə edilməlidir:  

Araşdırmalar göstərir ki, miqren başağrısı, cinsi yetişkənlik dövründə başlayıb, 40-50 yaşında öz-özünə azala bilir. Amma miqrenin aktiv şəkildə ağrılarla müşahidə olunduğu yaş dövründə bu ağrı səbəbindən insanların dərs, iş və digər fəaliyyətlərinin azalması baş verir. Həyat keyfiyyəti aşağı düşür. Tibbin inkişafı, yeni müalicə metodları bu ağrıların azalmasına səbəb olur. Nəticədə insanlar daha rahat və aktiv yaşaya bilir. Miqren başağrıları nəinki ağrı törədərək xəstəni narahat edir, üstəlik, onun yaradıcılıq, düşünmə, iş qabiliyyətini də azaldır.

Miqrenin müalicəsi üçün istifadə etdiyimiz dərmanlar 2 qrupa bölünür.

1. Tutma müalicəsi - ağrı başladığı zaman, onun azaldılması üçün olan dərmanlar

2. Profilaktik müalicə - ağrının olmaması və ya olma ehtimalını, sayını azaltmaq üçün istifadə edilən dərmanlar