Qaxda ağır qəza Yaralılar var FOTO


Digərləri 22 İyn 2019 20:14:00 462 0

Qaxda ağır qəza  Yaralılar var  FOTO

Qaxda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla altı nəfər xesarət alıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Qax rayonu Şıxlar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 10-GF-737 və 34-BE-809 dövlət nömrə nişanlı iki "VAZ 21074" markalı minik avtomobillərinin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla altı nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Tibb müəssisəsindən bildirilib ki, hazırda xəstəxananın Cərrahiyyə şöbəsində yaralıların müayinəsi aparılır. Yaralılardan üç nəfər rayonun Tasmalı kənd sakinləridi.  Bunlar 1981-ci il təvəllüdlü Yunus Ramazanov, 1993-cü il təvəllüdlü Asim Qurbanov və 1989-cu il təvəllüdlü Tehran Məmmədquliyevdi. Digər yaralıların şəxsiyyətlərinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.


Xəbərə aid fotolar