Daban çatlarının qarşısını alan


Digərləri 22 İyn 2019 20:15:00 466 0

Daban çatlarının qarşısını alan

Əsasən qadınları narahat edən daban çatları yay aylarında daha çox özünü büruzə verir.

Bu çatları aradan qaldırmaq isə çox zaman mümkünsüz sayılır.

Son.az e-tibb.az-a istinadən daban çatları ilə bağlı həkim-fitoterapevt Fizuli Hüseynovun fikirlərini təqdim edir:

Bəzən illərlə sağalmayan daban çatlamaları dəridə karotinin və mineralların çatışmazlığı nəticəsində əmələ gəlir. Zaman keçdikcə dəriyə elastiklik verən liflər parçalanır, həmçinin onun möhkəmliyini təmin edən kollagen liflərin dağılması baş verir, nəticədə dərinin tamlığı pozulur, çatlayır və müalicəyə çox çətin tabe olur.

Daban çatlarının qarşısını almaq üçün sadə, təbii bir üsulu nəzərinizə çatdırıram. Çatın böyük və kiçikliyindən asılı olaraq müəyyən miqdar keçi piyi ocaqda azca əridilir, sonra həmin miqdar qarazirə yağı əlavə olunur. Oddan götürüləndən sonra bir-birinə yaxşı  qarışdırılır. Dabanlar gündə bir dəfə həmin qarışımla masaj olunur.