Gürcüstan aviaşirkətlərinə Rusiyaya uçuş qadağan edilir


Dünya 22 İyn 2019 20:17:00 420 0

Gürcüstan aviaşirkətlərinə Rusiyaya uçuş qadağan edilir

Gürcüstan aviaşirkətlərinə Rusiyaya uçmaq qadağan ediləcək.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi yayıb.

Qadağa iyulun 8-dən tətbiq olunacaq və müvəqqəti xarakter daşıyacaq. Bu qadağa həm sərnişin, həm də kommersiya reyslərinə aid ediləcək.

Sözügedən tədbirləri hansı tərəfin planlaşdırdığı dəqiqləşdirilmir.  Rusiyanın Nəqliyyat Nazirliyi də TASS agentliyinə xəbəri təsdiqləyib.