Şaftalının sağlamlığa 10 faydası –


Digərləri 22 İyn 2019 20:06:00 470 0

Şaftalının sağlamlığa 10 faydası –

Yayın ətirli meyvəsi şaftalı A, V, B qrup vitaminləri ilə zəngin olub, tərkibindəki maddə və minerallarla həm zahirən, həm daxilən insan sağlamlığı üçün vacib meyvədir. Nəzərə alın ki, əsl şaftalı üzəri xırda tüklərlə örtülü olan, ətirli, qabığı bir qədər qalın olandır. Çalışın dədə-baba şaftalısından alın.

Son.az medicina.az-a istinadən şaftalının hansı xəstəliklərdə faydalı olduğunu araşdırıb.

1.Ürək ritmini yaxşılaşdırır və damarları möhkəmləndirir - şaftalıda olan karotin damarların divarlarını yeniləyir, pis hüceyrələrin artmasının qarşısını alır. Kaliy isə ürəyi möhkəmləndirir

2.Mədə-bağırsaq - şaftalı suyu mədə xəstəliklərində içilir, xüsusən turşuluğu zəif olanlara məsləhətdir

3.Böyrəklərdən qumu, kristalı təmizləyir - şaftalı sidikqovucudur, bədəndə şişi aparır, böyrəkləri təmizləyir

4.Uşaqlarda iştahı artırır - həm də mədə-bağırsaqlarını təmizləyir, xəstəlik keçirmiş uşağın özünə gəlməsini təmin edir

5.Podaqra, revmatizma - sidik turşularını xaric edir

6.Stress və psixi pozulmalarda - əhvalı qaldırır, meyvənin ətri belə beyində dəyişiklik yaradır, psixi harmoniyanı bərpa edir