Təbrizdə mərhum Həsən Dəmirçinin il mərasimi keçirilib


Dünya 22 İyn 2019 19:56:00 189 0

Təbrizdə mərhum Həsən Dəmirçinin il mərasimi keçirilib

Təbrizin "Vadi-i Rəhmət" məzarlığında mərhum Həsən Dərmirçinin il mərasimi keçirilib.

El içində "Həsən Azərbaycan" adı ilə tanınan sənətkar, yazar, şair və milli mədəni fəal keçən il iyunun 24-də ürək xəstəliyindən vəfat edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Dəmirçi 1986-cı ildə Doktor Məhəmmədtağı Zehtabi ilə birlikdə "Azərbaycan Mədəniyyət Ocağı" adlı dərnəyin təsisçilərindən olub, həmin dərnəyin musiqi proqramını idarə edib.

O, "Azərbaycan marşı" adlı bəstəni uzun zaman bütün getdiyi məclislərdə səsləndirdiyi üçün bu günlər İran Azərbaycanının şəhərlərində bu marş geniş sayda gənclər tərəfindən oxunur və səsləndirlir. Marşın Sözlərini Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadə yazıb, musiqisini isə Emin Sabitoğlu bəstələyib. Dəmirçi muğam musiqisinin təlimi haqqında bir neçə kitabın o cümlədən beş cildlik "Azərbaycan Seçilmiş Mahnıları" və "Azərbaycan Muğamları" müəllifidir.

O, həmçinin dəfələrlə mədəni və milli fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmələrdə həbsə məhkum olunub.