İran ABŞ tərəfindən istənilən hədəyə


Dünya 22 İyn 2019 19:59:00 228 0

İran ABŞ tərəfindən istənilən hədəyə

İran şənbə günü xəbərdarlıq edib ki, üzləşə biləcəyi aqressiyaya kəskin cavab verəcək.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Tasnim xəbər agentliyinə bildirib ki, İran sərhədlərinin pozulmasına yol verməyəcək. O əlavə edib ki, "Amerika tərəfindən istənilən aqressiyaya sərt cavab veriləcək."

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Britaniyanın Yaxın Şərq naziri İran rəsmiləri ilə danışıqlar üçün bazar günü Tehrana səfər edəcək. Britaniyanın Xarici İşlər Nazirliyinin verilən məlumata görə, Andrü Murrison regionda "təcili de-eskalasiya" çağışında olacaq. Murrison həm də ABŞ-ın keçən il çıxdığı Nüvə Sazişindən sonra İranın saziş öhdəliklərindən çıxmaq hədələri ilə bağlı müzakirə aparacaq.

Cümə günü ABŞ prezidenti Donald Tramp Twitter vasitəsilə İranın ABŞ dronuna hücumundan sonra Birləşmiş Ştatların üç müxtəlif sahəni vurmağı nəzərdən keçirdiyini, lakin nəticədə 150 nəfərin ölə biləcəyini öyrəndikdən sonra hücumun qeyri-proporsional olduğunu düşünərək, son anda təxirə saldığını qeyd edib.