Duzlu yeməkdən kimlər imtina etməlidir?


Digərləri 22 İyn 2019 19:10:00 191 0

Duzlu yeməkdən kimlər imtina etməlidir?

Əgər həkimlər "diffuz skleroz" diaqnozu qoyublarsa, qida rasionunda çox duzlu yeməklərdən imtina etmək lazımdır, hətta nisbətən az miqdarda duz da xəstəliyin şiddətlənməsinə səbəb ola bilər.

Son.az gencaile.az-a istinadən bildirir ki, Raul Karrea adına Nevroloji Tədqiqatlar İnstitutunun (Toronto, Kanada) alimləri belə qənaətə gəliblər. Alimlər istehlak olunan duzun miqdarı ilə xəstəliyin gedişi arasında əlaqəni araşdıraraq müəyyənləşdiriblər ki, diffuz sklerozundan əziyyət çəkən adam nə qədər çox duzlu yemək yesə, onun əsas xəstəliyi ilə bağlı problemləri də bir o qədər çox olar.

Alimlər zəifləyən formalı diffuz sklerozu olan 70 pasiyentin sidiyini və qanını analiz ediblər. Analizin nəticələrinə əsasən könüllülərin bir gün əvvəl nə qədər duz qəbul etdiklərini demək mümkün olub. Doqquz ay ərzində hər pasiyentdən üç dəfə bioloji maye (qan və sidik) nümunələri analiz edilib.

2016-cı ildən 2018-ci ilədək məlumat toplanıb. 2019-cu ilin əvvəlində eyni diaqnozlu 55 pasiyentin iştirakı ilə analoji tədqiqatlar aparılıb. Adamlar hərəsi gündə orta hesabla 4 qram duz qəbul ediblər. Bəziləri duzun miqdarını iki qramadək azaldıblar. Mütəxəssislər pasiyentlərə qəbul etdikləri duzu azaltmağı məsləhət görürlər.