ABŞda 5,4 bal gücündə zəlzələ olub


Dünya 22 İyn 2019 19:16:00 183 0

ABŞda 5,4 bal gücündə zəlzələ olub

ABŞ-ın Oreqon ştatının sahilləri yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji xidməti xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri, Nyuport şəhərindən 355 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometrə yaxın dərinlikdə yerləşib.

Dağıntılar, zərər çəkənlər və sunami təhlükəsi barədə məlumat verilməyib.