Şirniyyatdan necə imtina etməli? –


Digərləri 22 İyn 2019 19:20:00 198 0

Şirniyyatdan necə imtina etməli? –

Əgər hər gün tez-tez yüksək qlükoza tərkibli şirniyyatlar yemək istəyi yaranırsa, bu, orqanizmdə kalsium və maqnezium çatışmazlığını göstərə bilər.

Son.az gencaile.az-a istinadən bildirir ki, mütəxəssislər pəhriz saxlayarkən güclü şirniyyat istəyi yaranan adamlara şəkərlə mübarizədə küncütdən istifadə etməyi tövsiyə edir.

Küncütün möcüzəvi xeyiri onun yüksək tərkibi: kalsium, maqnezium, A, E, C və B qrupu vitamini ilə zəngin olması ilə ölçülür. O, yüksək kalorilidir, odur ki, orqanizmə lazımlı enerjini verəcək, amma çəkinizə təsir etməyəcək. Yalnız ondan düzgün faydalanmaq qalır. Bunun üçün küncüt südü hazırlayın.

İnqredientlər:

100 qram küncüt

1 çay qaşığı bal

1 litr su

Bütün gecə küncütü suda isladın (Əgər islatmamısınızsa, qorxulu heç bir şey yoxdur). Səhər küncütü yuyub blenderə tökün, bir stəkan su və bal əlavə edib xırdalayın. Daha sonra qalan suyu tökün və yenidən blenderdə qarışdırın. Əgər blender yoxdursa, küncütü əzmək olmaz, amma bu, daha çox vaxt aparacaq.

Bal şirinləşdirici maddə kimi istifadə olunur, odur ki, məcburi deyil, amma kokteylin dadını pisləşdirməyəcək. Əldə edilən küncüt südünü günün istənilən saatında içmək olar. Amma yeməkdən sonra daha yaxşıdır. Şirniyyata olan güclü və qeyri-təbii istək bir neçə gündən sonra yoxa çıxır, onun birlikdə zəiflik də itir.