Uşaqların gözlərinin altı niyə qaralır?


Digərləri 22 İyn 2019 19:02:00 196 0

Uşaqların gözlərinin altı niyə qaralır?

İnsanın üz dərisi onun sağlamlığının aynasıdır. Dərinin rənginin dəyişilməsi, ləkələr, sızanaqlar, kapilyarların üzə çıxması və s. kimi əlamətlər hər hansı xəstəliyə işarə edə bilər.

Adətən gözlərin altında tünd ləkələr, dərinin torbalanması, şişməsi böyrək xəstəlikləri ilə əlaqələndirir.  Lakin bu əlamətlərin digər səbəbləri də ola bilər. Bəzi hallarda bu ümumiyyətlə heç bir xəstəliyə işarə etmir və sadəcə insanın özəlliyidir.

Uşaqlarda da gözlərin altında göy kölgələr əmələ gələ bilər. Bu adətən analarda ciddi narahatlığa səbəb olur. 

Son.az saglamolun.az-a istinadən uşaqlarda gözlərin altında tünd ləkələrin əmələ gəlməsinin səbəbləri ilə tanış edir:

1. Genetika

Dərinin çox nazik olması və kapilyarların onun altında yaxın yerləşməsi belə ləkələrə səbəb ola bilər. Bu anatomik xüsusiyyətdir və heç bir xəstəliyə işarə etmir. Bu simptom ana və ya atada, yaxın qohumlarda (baba, nənə, əmi, bibi, xala, dayı) olur.

2.  Yorğunluq

Bu əsasən məktəblilərə aiddir. Məktəb dərsləri, hazırlıqlar, müxtəlif dərnəklər uşağın həddindən artıq yorulmasına səbəb olur. Bu da öz növbəsində üşağın xarici görünüşünə təsi edir - solğun dəri, gözlərin altında qara kölqələr.

3. Düzgün olmayan qidalanma

Uşağın qidalanması sağlam və tamdəyərli olmalıdır. Meyvə-tərəvəz, müxtəlif sıyıqlar, süd məhsulları, ət, yumurta qidalanmada daim olmalıdır.

4. Yuxunun az olması

Məktəblilər orta hesabla 9-10 saat yatmalıdır. Əks halda bu onların sağlamlığına mənfi təsir edir, müxtəlif pozulmalara yol açır.

Uşaq 22.00-dan gec olmayaraq yatmağa gedməlidir.