Öcalanın planları altüst oldu, Binəli seçiləcək


Dünya 22 İyn 2019 18:33:00 190 0

Öcalanın planları altüst oldu, Binəli seçiləcək

İstanbul böyükşəhər bələdiyyə seçkiləri cüzi fərqlə Binəli Yıldırımın qələbəsi ilə başa çatacaq.

Son.az Axar.az-a istinadən bildirir ki, siyasi ekspert Kənan Paşayev belə proqnoz verib. Onun fikrincə, AKP rəhbərliyinin qələbəyə inamı çox güclüdür: "Güclü arqumentləri və seçkinin nəticəsinə birbaşa təsir edə biləcək planları olmasa idi, Ərdoğan işini şansa buraxıb, seçkinin nəticəsinin ləğv etdirməzdi".

Politoloq hesab edir ki, PKK lideri Abdullah Öcalan HDP-yə seçkidə bitərəf qalmaları üçün çağırış edib: "Bu, strateji olaraq düşünülmüş addım idi. Öcalan kürdlərin AKP-yə dəstək verməyəcəyini, İmamoğlunu dəstəkləyəcəyini və belə olduğu halda Binəli Yıldırıma türklərin güclü dəstək verəcəyini başa düşürdü. Abdullah Öcalan Ərdoğanın İstanbulla bağlı böyük planlarının reallaşmasını istəmir.

Səlahəddin Dəmirdaşın Öcalanın çağırışını dinləməyərək ölkənin kürd xalqına İmamoğlunu dəstəkləmələri üçün çağırış etməsi onlar üçün yanlış addım olmaqla yanaşı, Öcalanın planlarını da alt-üst etdi. Binəli Yıldırım 23 iyundan sonra İstanbulun yeni bələdiyyə başqanı olacaq".