“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 86cı kitabı çapdan çıxıb


Siyasət 22 İyn 2019 18:36:00 76 0

“İlham Əliyev. İnkişaf  məqsədimizdir” çoxcildliyinin 86cı kitabı çapdan çıxıb

Azərbaycan özünün tarixi ilə qürur duyur. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə əsrlərboyu sülh və ləyaqət şəraitində yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz həmin mədəni müxtəlifliyi özündə əks etdirir. Bizim gücümüz mədəni müxtəlifliyimizdədir. Multikulturalizmin alternativi yoxdur.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 86-cı kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2018-ci il aprelin 5-də "Qoşulmama hərəkatı"nın Bakıda keçirilmiş nazirlər konfransının açılış mərasimindəki nitqindən götürülüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin mart-may aylarını əhatə edir.

Kitabda Prezident İlham Əliyevin Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasında çıxışının mətni, qardaş ölkəyə rəsmi səfəri çərçivəsində sənədlərin imzalanma mərasimi haqqında məlumat, Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri yer alıb.

Nəşrə dövlətimizin başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfərinə, habelə Azərbaycana səfər etmiş İran İslam Respublikası Prezidenti ilə görüşünə dair informasiyalar, Azərbaycan-İran biznes-forumunda söylədiyi nitqin mətni daxil edilib.

Çoxcildliyin 86-cı kitabında Prezident İlham Əliyevin Belarus, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Rusiya və digər dövlətlərin, NATO-nun, ATƏT-in, Şanxay Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Memarlar İttifaqının, Dünya Turizm Təşkilatının Azərbaycana səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair məlumatlar toplanıb.

Kitabda, həmçinin 2018-ci ilin aprelində keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunları, növbəti müddətə Prezident seçilmiş İlham Əliyevin andiçmə mərasimi barədə materiallar verilib.

Oxucu bu nəşrdə ölkə rəhbərinin Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqinin mətni, Xaçmaz və Xızı rayonlarına səfərləri haqqında informasiyalarla da tanış ola bilər.

Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsinin mətni, Azərbaycanın Pravoslav xristian icmasına Pasxa bayramı münasibətilə təbriki, "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda beşinci beynəlxalq elmi konfransın iştirakçılarına məktubu və digər məktubları da çoxcildliyin 86-cı kitabına daxil edilib.

Bu kitabda Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə dövlətimizin başçısının söylədiyi nitqlərin mətnləri yer alıb.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 86-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Öcalanın planları altüst oldu, Binəli seçiləcək like
  • 22 İyn 18:33  
Dünya Öcalanın planları altüst oldu, Binəli seçiləcək

İstanbul böyükşəhər bələdiyyə seçkiləri cüzi fərqlə Binəli Yıld

arrow Ətraflı
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 86-cı kitabı çapdan çıxıb like
  • 22 İyn 18:30  
Digərləri “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 86-cı kitabı çapdan çıxıb

Azərbaycan özünün tarixi ilə qürur duyur. Müxtəlif dinlərin nümayənd

arrow Ətraflı
Depressiyada olan aktrisanın son halı izləyicilərini ŞOKA SALDI like
  • 22 İyn 18:30  
Digərləri Depressiyada olan aktrisanın son halı izləyicilərini ŞOKA SALDI

Türkiyəli məşhur aktrisa Serenay Sarıkayanın instaqram hesabından paylaş

arrow Ətraflı
"Hamını xain, satqın obrazında görən bu psixikası pozuq özünü inandırıb ki..." like
  • 22 İyn 18:24  
Digərləri "Hamını xain, satqın obrazında görən bu psixikası pozuq özünü inandırıb ki..."

Ara-sıra sosial şəbəkədə, müxtəlif dövrlərdə mətbuatda yayımlanmı

arrow Ətraflı
Liviya sahil-mühafizə xidməti 200-ə yaxın miqrantı xilas edib like
  • 22 İyn 18:20  
Digərləri Liviya sahil-mühafizə xidməti 200-ə yaxın miqrantı xilas edib

Liviya sahil-mühafizə xidmətinin əməkdaşları 200-ə yaxın qeyri-leqal mi

arrow Ətraflı
Bakıda şok yaradan hadisə: yeniyetmə qıza qohumu təcavüz etdi like
  • 22 İyn 18:18  
Kriminal Bakıda şok yaradan hadisə: yeniyetmə qıza qohumu təcavüz etdi

Bakının Suraxanı rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual

arrow Ətraflı
Gülben Ergenin bodidəki fotosu tənqid olundu like
  • 22 İyn 18:12  
Digərləri Gülben Ergenin bodidəki fotosu tənqid olundu

Türkiyəli müğənni Gülben Ergen Bodrumda görüntülənib.

arrow Ətraflı
Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və... like
  • 22 İyn 18:00  
Kriminal Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və...

Saatlı rayonunda zorlamada təqsirli bilinən 1989-cu il təvəllüdlü Amil Ba

arrow Ətraflı
Tarkan qayıdır like
  • 22 İyn 17:57  
Digərləri Tarkan qayıdır

Ötən il ata olan meqastar Tarkan qızı və xanımına daha çox vaxt ayırmaq

arrow Ətraflı
Min bir dərdin dərmanı like
  • 22 İyn 17:54  
Digərləri Min bir dərdin dərmanı

Ta qədim zamanlardan bəri cücərdilmiş buğda bədəni qüvvətləndirən, c

arrow Ətraflı
Azərbaycan İkinci Avropa Oyunlarında ilk medalını qazandı - Akrobatika gimnastlarımız fərqləndi like
  • 22 İyn 17:49  
Digərləri Azərbaycan İkinci Avropa Oyunlarında ilk medalını qazandı - Akrobatika gimnastlarımız fərqləndi

“Minsk 2019” II Avropa Oyunlarının ikinci günündə - iyunun 22-də Azər

arrow Ətraflı
Azərbaycanlı məşhur müğənni like
  • 22 İyn 17:48  
Şou-biznes Azərbaycanlı məşhur müğənni

Azad Azərbaycan Televiziyasında (ATV) yayımlanan "Zaurla Günaydın"

arrow Ətraflı