Min bir dərdin dərmanı


Digərləri 22 İyn 2019 17:54:00 264 0

Min bir dərdin dərmanı

Ta qədim zamanlardan bəri cücərdilmiş buğda bədəni qüvvətləndirən, cavanlaşdıran və xəstəliklərlə mübarizə aparan vasitə kimi istifadə edilib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu məhsul insan orqanizminin təmizləyicisi hesab olunur. Onun tərkibində zülallar, amin turşuları, B qrupu vitaminləri, sink, dəmir, kalsium, kalium, makro və mikro elemenltlər vardır.

Cücərdilmiş buğda artıq çəki ilə mübarizədə ən yaxşı yardımçıdır. Eyni zamanda xərçəng xəstəliyinin proflaftikasında istifadə edilir.

Bu məhsulu ev şəraitində hazırlamaq qaydasını təqdim edirik:

Buğdanı, təmiz enli şüşəyə tokün, üzərinə ilıq suda isladılmış tənzif qoyun və ev şəraitində saxlayın (səməni cücərtdiyimiz kimi). 1-1,5 gündən sonra buğdanı istifadə etmək olar. Cücərti 3 mm kimi olmalıdır. Əks halda cücərdilmiş buğdanın xeyirli xüsusiyyətləri daha az olacaq.