BƏƏ rəsmisi İran Xarici İşlər Nazirliyinə çağırıldı


Dünya 22 İyn 2019 16:15:00 218 0

BƏƏ rəsmisi İran Xarici İşlər Nazirliyinə çağırıldı

ABŞ pilotsuz uçan aparatının (PUA) İran ərazisinə keçməsi ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İranın Xarici İşlər Nazirliyinin informasiya portalına istinadən məlumat verir.

Məlumata görə, PUA ABŞ-ın BƏƏ-dəki hərbi bazasından havaya qalxaraq İran səmasını pozub.

İran XİN-də baş tutan görüşdə, nazirliyin Fars Körfəzi İdarəsinin direktoru Əlirza İnayəti bildirib ki, İslam Respublikası İran ərazisinə istənilən təcavüz üçün əcnəbi qüvvələrə imkanların yaradılmasını qəbul etmir və ölkələr belə hallarda öz məsuliyyətlərindən boyun qaçıra bilməzlər.