Türkiyədəki çevrilişə cəhdin əsas fiqurlarına hökm oxundu


Dünya 22 İyn 2019 13:59:00 240 0

Türkiyədəki çevrilişə cəhdin əsas fiqurlarına hökm oxundu

Türkiyədə baş verən 15 iyul hərbi çevrilişinə cəhddə təqsirləndirilən bir neçə mühüm şəxsin məhkəməsi başa çatıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ankara 17-ci Ağır Cəza Məhkəməsi Silahlı Qüvvələrin Baş Qərargahının işğal edilməsi həmləsi ilə bağlı məhkəmə prosesini yekunlaşdırıb. Həmin dövrün Baş Qərargah rəisi Hulusi Akarın baş köməkçisi Orxan Yıkılkan 141 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası alıb.

O, "Yurdda sülh təşkilatı"nın üzvü olub. H. Akarın girov götürülməsində rol oynayıb. 

Həmin dönəmdə 2-ci Baş Qərargah rəisi kimi çalışan Yaşar Gülərin şəxsi qələm müdiri və katibi 11 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. 


Xəbərə aid fotolar