Bakıda toya hazırlaşan sürücü qəza törətdi - Ölən var


Digərləri 22 İyn 2019 13:40:00 196 0

Bakıda toya hazırlaşan sürücü qəza törətdi - Ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Həmin prospektdə yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Mənsimov Şahin Faiq oğlunu "Mercedes" markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Hadisənin törədən sürücü saxlanılıb.