Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb


Digərləri 22 İyn 2019 13:17:42 202 0

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 14 cinayətin üstü “isti izlər”lə açılıb.

Bakı. Samir Əli - Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 14 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bundan başqa, ötən gün əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.