Bakıda müğənninin cinayəti üzə çıxdı


Digərləri 22 İyn 2019 12:24:00 224 0

Bakıda müğənninin cinayəti üzə çıxdı

Bakıda vətəndaşları şantaj edərək pul alan şəxsin məhkəməsi başlayır.

Son.az bildirir ki, news24.az-ın məlumatına görə, Məmmədov Səfa Şəfa oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci, yəni hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə maddəsi ilə açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Azad Məcidovun icraatına verilib. Hazırlıq iclası iyunun 28-nə təyin edilib.

Qeyd edək ki, Səfa Məmmədovun əməllərindən zərər çəkən B.Yusifov və G.Qasımoa zərərçəkən şəxs qismində tanınıb. Müğənni kimi fəaliyyət göstərmiş və əvvəllər də məhkumluğu olan Səfa Məmmədov kişi ilə qadını dəfələrlə təhdid edərək xeyli pullarını alıb.