Kür çayında batan iki qardaşdan birinin cəsədi tapılıb


Digərləri 22 İyn 2019 11:49:00 244 0

Kür çayında batan iki qardaşdan birinin cəsədi tapılıb

Bu gün səhər ötən gün Kür çayının Salyan rayonunun Ağaşı Noxudlu kəndindən keçən hissəsində çimərkən boğulmuş iki yeniyetmə qardaşdan birinin cəsədi tapılıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, 16 yaşlı Rəvan Seymur oğlu Sadıqovun cəsədi batdığı yerdən 5 km aralıda FHN-nin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Hazırda dalğıc-axtarış qrupu suda batmış digər qardaş - 13 yaşlı Ramal Seymur oğlu Sadıqovun axtarışlarını davam etdirir.


Xəbərə aid fotolar