Azərbaycan Yaponiyada Qadın Siyasi Liderlərin 2019-cu il Sammitində təmsil olunacaq


Digərləri 22 İyn 2019 11:32:00 215 0

Azərbaycan Yaponiyada Qadın Siyasi Liderlərin 2019-cu il Sammitində təmsil olunacaq

Milli Məclisin deputatı Sahibə Qafarova Qadın Siyasi Liderlərin 2019-cu il Sammitində iştirak etmək üçün iyunun 23-də Yaponiyanın paytaxtı Tokio şəhərinə səfər edəcək.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin deputatı Sahibə Qafarova Qadın Siyasi Liderlərin 2019-cu il Sammitində iştirak etmək üçün iyunun 23-də Yaponiyanın paytaxtı Tokio şəhərinə səfər edəcək. Trend-in məlumatına görə, tədbir Yaponiya Nümayəndələr Palatası və Qadın Siyasi Liderləri Təşkilatı tərəfindən həyata keçirilir. Toplantıda qadınların ictimai-siyasi həyatda rolu, onların dünyada baş verən proseslərə təsir imkanları, sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasında fəallığının artırılması, qadın siyasi xadimlərinin əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq. Səfər iyunun 29-da başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin