Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb


Digərləri 22 İyn 2019 11:27:00 182 0

Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb

Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb.

Bakı. Samir Əli - Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb. Bu barədə Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumatda bildirilir. Məlumata görə, iyunun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini A.Qasımov 2018-ci il oktaybr ayının 15-də hədə-qorxu yolu ilə ondan 13.000 manat pul tələb edildiyini bildirib. Müraciətlə əlaqədar Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini P.Kərimli A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanmışdır. P.Kərimli barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.