Mingəçevirdə məcburi köçkünlərinin məskunlaşdığı binada yanğın olub


Digərləri 22 İyn 2019 09:19:28 195 0

Mingəçevirdə məcburi köçkünlərinin məskunlaşdığı binada yanğın olub

Mingəçevirdə yaşayış binasında yanğın faktı qeydə alınıb.

Bakı. Mingəçevirdə yaşayış binasında yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, şəhərdə məcburi köçkünlərinin məskunlaşdığı birmərtəbəli binada ümumi sahəsi 24 m² olan 1 otağın yanar konstruksiyaları və ümumi sahəsi 24 m² olan digər 1 otağın yanar konstruksiyaları 16 m² sahədə yanıb. Məlumata görə, otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.