Ağsuda zəlzələdən dağılan 152 evin tikintisi başa çatmaq üzrədir


Digərləri 22 İyn 2019 08:58:00 244 0

Ağsuda zəlzələdən dağılan 152 evin tikintisi başa çatmaq üzrədir

Ağsu rayonunda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam edir.

Son.az bildirir ki, Ağsu Fövqəladə Hallar Komissiyasından Trend-ə verilən məlumata görə, hazırda qəzalı evlərin 164-ü sökülüb: "Qəzalı vəziyyətdə olan 152 ev sökülüb, yerində yeni və müasir tipli evlər inşa edilib. 12 qəzalı ev isə hazırda sökülür. Sökülən 152 evin əksəriyyətində tikinti işləri başa çatıb. Hazırda həmin evlərdə tamamlanma işləri aparılır. Yaxın vaxtlarda tikinti-təmir işləri başa çatacaq və həmin evlər ailələrə təhvil veriləcək".

Komissiyadan bildiriblər ki, hadisə nəticəsində qəzalı vəziyyətə düşən digər evlər də yaxın günlərdə sökülərək yerində müasir tipli mənzillər tikiləcək.

Qeyd edək ki, zəlzələ nəticəsində Ağsu rayonunda 220 ev qəzalı vəziyyətə düşüb. Qəzalı evlərin 69-u şəhər ərazisində, 151-i isə kəndlərdədir.