Ukraynada ildırım 3 nəfəri öldürüb


Dünya 22 İyn 2019 08:33:00 188 0

Ukraynada ildırım 3 nəfəri öldürüb

Ukraynanın İvano-Frankovs vilayətində avtobus dayanacağını ildırım vurub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə vilayətin polis idarəsi öz "Facebook" səhifəsində bildirib.

Qeyd edilir ki, hadisə nəticəsində Lvov vilayətinin sakinləri olan 3 kişi həlak olub.

Bundan əlavə, iki nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.