Tramp KXDRya qarşı sanksiyaların müddətini uzadıb


Dünya 22 İyn 2019 08:23:00 253 0

Tramp KXDRya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaları 1 il müddətinə uzadıb.

Son.az Trend-ə istinadən bildirir ki, sanksiyalar əsasən nüvə materiallarının yayılması və KXDR-nın regionda stabilliyi pozan hərəkətlərinə yönləndirilib.

Qeyd edək ki, ABŞ Şimali Koreya ilə denuklearizasiya üzrə danışıqlar aparır. Lakin ABŞ tərəfi dəfələrlə bildirib ki, Şimali Koreya nüvə silahından tam imtina etməyənə qədər sanksiyalar qüvvədə qalacaq.