Kürdəmirdə yanğın olub


Digərləri 22 İyn 2019 08:13:00 217 0

Kürdəmirdə yanğın olub

Kürdəmirdə yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Kürdəmir şəhərində 800 m² sahədə quru ot yanıb və eyni zamanda ümumi sahəsi 1000 m² olan talvarın altına yığılan 47 ədəd (hər biri 10 ton) pambıq tayasından 15 ədədinin üzü qarsalanıb (100 kiloqram pambıq yanıb).

Pambıq tayaları və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.