Türkiyə və İran XİN rəhbərləri arasında görüş keçirilib


Dünya 22 İyn 2019 08:18:00 224 0

Türkiyə və İran XİN rəhbərləri arasında görüş keçirilib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrana səfəri çərçivəsində bu ölkənin XİN rəhbəri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, XİN rəhbərləri arasında geniş formatda görüş keçirilib.

Daha sonra tərəflər təkbətək görüşüblər.

Görüşün yekunları üzrə M.Çavuşoğlu və C.Zərif regional və beynəlxalq sahədə əməkdaşlığı genişləndirmək üzrə məsləhətləşmələr Planı imzalayıblar.