Azərbaycan nefti bahalaşdı


Digərləri 21 İyn 2019 23:42:00 233 0

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 65,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,24 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,2 dollar/barel çoxdur.