Mərkəzi Asiyanın ən böyük məscidi Tacikistanda tikilir


Dünya 21 İyn 2019 23:31:00 269 0

Mərkəzi Asiyanın ən böyük məscidi Tacikistanda tikilir

Tacikistanda Mərkəzi Asiyanın ən böyük məscidi inşa edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məscidin layihəsini tacik və ərəb memarları hazırlayıb. Tikintidə tacik memarlıq üslubundan geniş istifadə olunur. On iki hektar ərazidə yerləşən məsciddə 75 metr hündürlükdə dörd minarə, 47 metrlik baş günbəz və 20 kiçik günbəz olacaq. Məsciddə muzey, kitabxana, konfrans salonu, qadınlar və kişilər üçün tədris zalları fəaliyyət göstərəcək. Məscidin ümumi sahəsi 30 min kvadrat metr olacaq.

Hazırda tikintidə 300 tacik və xarici mütəxəssis çalışır. Layihənin qiyməti 100 milyon dollardır. Məsciddə eyni vaxtda 120 min dindar ibadət edə biləcək.