“Azercell”dən möhtəşəm rəqəmsal şou!


Digərləri 21 İyn 2019 23:39:27 222 0

“Azercell”dən möhtəşəm rəqəmsal şou!

İyunun 21-də Heydər Əliyev Mərkəzinin parkında “Azercell” bütün dünyaya dinamik telekom bazarının tələblərinə uyğun olan yeni brend kimliyini təqdim edib

Bakı. İyunun 21-də Heydər Əliyev Mərkəzinin parkında “Azercell” bütün dünyaya dinamik telekom bazarının tələblərinə uyğun olan yeni brend kimliyini təqdim edib. Rəqəmsal dünyanın yeniliklərini Azərbaycana gətirən ilin ən valehedici şousunda məşhur müğənni və bəstəkar, “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarov da iştirak edib. Məşhur şoumen Murad Dadaşovun aparıcılığı ilə baş tutan tədbirdə Emin ilə səhnəni Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustavayev, Elnarə Xəlilova, Elşad Xose, DJ Tim və “Nero Dance” rəqs qrupu bölüşüblər.